<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Bu anları unutmayın heç zaman,
 Xoşbəxt anlar kimi yadda saxlayın.
 Artıq siz gəlinlə bəy deyilsiniz,
 Ər - arvad adıyla möhürləndiniz.

[C1]
   Gözəl, sevgi dolu bir ailətək
   Birgə addımlayın bu yeni yolda.
   Məsihi irəli buraxsaz əgər,
   Sizinlə bir yerdə O addımlayar.

[V2]
 Qoy tufan, fırtına yan keçsin sizdən,
 Məhəbbət alovu heç vaxt sönməsin.
 Səadət, xoşbəxtlik yar olsun sizə,
 Sevginiz əbədi, sarsılmaz olsun.

[V3]
 Bu gün siz bu yerdə gələcək üçün
 Təməli Məsihdə bir ev qurdunuz.
 Biri - birinizə, həm də Məsihə
 Sadiq qalmağa siz söz verdiniz.</lyrics>
<title>Bu anları unutmayın heç zaman İL346</title>
<hymn_number>346</hymn_number>
</song>